"Rinara Pharma” MMC şirkəti Azərbaycan əzcaçılıq bazarında özunəməxsus yeri olan şirkətlərdən biridir. "Rinara Pharma” MMC şirkəti "Keşəli MMC”nin bazasında təsis edilmişdir.  Şirkət 2003 – 2010- ci illərdə "Keşəli MMC” və 2010-2015-ci illərdə "Certus Pharma" MMC adı altında fəaliyyət göstərmişdir.  Bu illər ərzində şirkət öz strukturunu yaratmış, mühüm inkişaf yolu keçmişdir.

"Keşəli” MMC şirkəti 04/02/2003- cu il tarixdən Azərbaycan əzcaçılıq bazarında fəaliyyət göstərən yerli distribyutor şirkətlərdən biri kimi fəaliyyətə başlamışdır. Fəaliyyətimizə başlayarkən əsas şüarımız "Keyfiyyətin və uzunömürlülüyün təminatı” olmuşdur. 2003 – 2010- ci illər ərzində şirkət günün tələbatına uyğun olaraq farmakologiya sahəsində dərman preparatlarına olan ehtiyacları ödəmək üçün keyfiyyətli və uzun ömurlülüyü təmin edən preparatların respublikaya gətirilməsini təmin etmək naminə çalışmağa başlamışdır. Bunun üçün Keşəli şirkəti sənaye texnologiyaları bütün müasir tələblərə və standartlara cavab verən aparıcı istehsalçıları özünə tərəfdaş seçmişdir və dünya bazarında olan ən yeni, müasir əczaçılıq məhsullarını hərtərəfli öyrənərək tibbi auditoriyanı onlar haqqında məlumatlarla, xəstələri isə yüksək effektivliyə malik olan dərman preparatlar ilə təchiz etməyə başlamışdır

Şirkətimizin əməkdaşlıq etdiyi istehsalçı şirkətlər dünyanın müxtəlif ölkələrinin öndə gedən farmasevtik kompaniyalarıdır. 

2016- ci ildən şirkətimiz "Rinara Pharma” MMC şirkəti adı altında fəaliyyətini davam etdirir. İşimizi  keyfiyyət, təhlükəsizlik və effektivlik prinsipləri əsasında   bu gün də var qüvvəmiz ilə çalışır və inkişaf edirik.