TAMİZİN

Tərkibi:

Pirasetam 400 mq

Sinnarizin 25 mq

 

Farmakoterapevtik qrupu: Nootrop preparat

 

Farmakoloji xüsusiyyətləri:

  Tamizin-antihipoksik, nootrop, damargenişləndirici təsir göstərir.

Pirasetam energetik və zülal mübadiləsini sürətləndirərək baş beyində metabolik prosesləri aktivləşdirir, qlükozanın hüceyrələr tərəfindən mənimsənilməsini sürətləndirir və onların hipoksiyaya davamlılığını artırır; MSS-də neyronlararası ötürülməni, işemik zonada qan dövranını yaxşılaşdırır.

Sinnarizin-ləng kalsium kanallarının selektiv blokatorudur, hüceyrəyə Ca2+ keçməsini inhibə edir və arteriolların saya əzələlərinin tonusunu aşağı salır, onların biogen damardaraldıcı maddələrə (epinefrin, norepinefrin, dopamin, angiotenzin, vazopressin) reaksiyasını zəiflədir. Damargenişləndirici təsirə malikdir, pirasetamın antihipoksik təsirini gücləndirir və AT-in artmasına təsir göstərmir. Cüzi antihistamin aktivliyə malikdir, vestibulyar aparatın oyanıqlığını aşağı salır, simpatik sinir sisteminin tonusunu zəiflədir. Eritrositlərin membranının elastikliyini, onların deformasiya qabiliyyətini yüksəldir, qanın özlülüyünü aşağı salır.

   Farmakokinetika: Preparat MBT-dan tez və tam sorulur. Plazmada pirasetam Cmax 2-6 saatdan sonra çatır. Biomənimsənilməsi 100%-dir. Plazma zülalları ilə birləşmir. Bütün orqan və toxumalara yaxşı nüfuz edir, plasentar baryeri keçir. Əsasən də, baş beyin qabığında toplanır. Metabolizmə uğramır. 30 saatdan sonra 95% böyrəklərlə xaric olur. Sinnarizin Cmax plazmada 1-4 saatdan sonra çatır. 91% plazma zülalları ilə birləşir. Aktiv və tam metabolizmə uğrayır. T1/2=4 saat təşkil edir. 1/3 metabolitlər sidiklə, 2/3 fekalla xaric olur.  

 

İstifadəsinə göstərişlər:

  • Beyin qan dövranı çatışmazlığı (ateroskleroz, işemik və hemorragik insultun bərpa dövrü, kəllə-beyin travmaları, müxtəlif etiologiyalı ensefalopatiya)
  • İntellektual-mnestik funksiyaların zəifləməsi ilə müşayiət olunan MSS-nin digər müxtəlif xəstəlikləri (yaddaşın, diqqətin, əhval-ruhiyyənin pozulması)
  • Asteniya ilə müşayiət olunan psixoorqanik sindrom
  • Labirintopatiya (Menyer sindromu)
  • Uşaqlarda intellektual inkişafın geriləməsi
  • Miqren və kinetozların profilaktikası
  • İntoksikasiyalar

 

Əks göstərişlər:

Hiperhəssaslıq, böyrək və/və ya qaraciyər ağır funksiya çatışmazlığı, parkinsonizm, hamiləlik, laktasiya, 5 yaşa qədər uşaqlar

 

İstifadə qaydası və dozalanma:

Böyüklər: 1-2 kapsul gündə 3 dəfə

5 yaşdan yuxarı uşaqlar: 1-2 kapsul gündə 1-2 dəfə

Müalicə kursu: ildə 3 dəfə 3 ay

 

Əlavə təsirləri:

Dispepsiya, başağrısı, yuxu pozğunluğu

 

Buraxılış forması: Kapsul №60

İstehsalçı: Rompharm, Rumıniya