KENACEF

Tərkibi: Seftriakson 1,0 qr, 0,5 qr

 

Farmakoterapevtik qrupu: III nəsil sefalosporin qrupu antibiotik

 

Farmakoloji xüsusiyyətləri:

Kenacef geniş təsir spektrinə malik, bakterisid təsirli antibakterial preparatdır. Bakteriya hüceyrəsində transpeptidaza fermentini tormozlayaraq hüceyrə divarı mukopeptidlərin biosintezini pozur. Geniş təsir spektrinə malikdir, bir çox beta-laktamazalara qarşı davamlıdır. Aerob qram (+) bakteriyalara qarşı-Staphylococcus aureus, Staphylococcus epidermidis, Streptococcus pneumoniae, Streptococcus pyogenes, Viridans group Streptococci, aerob qram (-) mikroorqanizmlərə qarşı — Enterobacter aerogenes, Enterobacter cloacae, Escherichia coli, Acinetobacter calcoaceticus, Haemophilus influenzae, Haemophilus parainfluenzae, Klebsiella oxytoca, Klebsiella pneumoniae, Moraxella catarrhalis, Morganella morganii, Neisseria meningitidis, Neisseria gonorrhoeae, Proteus mirabilis, Proteus vulgaris, Serratia marcescens, Pseudomonas aeruginosa bir çox ştammları, anaerob mikroorqanizmlərə — Bacteroides fragilis, Clostridium spp., Peptostreptococcus spр., Peptococcus spp. qarşı aktivdir.

Ə/d yeridildikdə tam absorbsiya olunur, Tmax 2-3 saatdan sonra çatır. Birdəfəlik 0,5 və 1 q dozada ə/d yeridildikdə plazmada Cmax 38 və 76 mkq/ml təşkil edir. Orqanlara, orqanzimdəki mayelərə, sümük toxumasına yaxşı nüfuz edir. Dəyişilməmiş şəkildə 30-67% böyrəklərlə, qalanı-ödlə xaric olur. 50%-ə qədəri 48 saat ərzində ekskresiya olunur.

 

İstifadəsinə göstərişlər:  

  • Qarın boşluğu orqanlarının infeksiyaları, həmçinin peritonit, MBT, ödçıxarıcı yollar (xolangit, öd kisəsinin empiyeması)
  • Yuxarı və aşağı tənəffüs yollarının, LOR-orqanların infeksiyaları (kəskin və xroniki bronxit, pnevmoniya, ağciyərlərin absesi, plevranın empiyeması), epiqlottit
  • Sümük və oynaq, dəri və yumşaq toxumaların, sidik-cinsiyyət orqanlarının infeksiyaları (pielit, kəskin və xroniki pielonefrit, sistit, prostatit, epididimit)
  • İnfeksiyalaşmış yara və yanıqlar
  • Çənə-üz nahiyyəsinin infeksiyaları
  • Ağırlaşmamış qonoreya
  • Sepsis və bakterial septisemiya
  • Bakterial meningit və endokardit
  • Yumşaq şankr, sifilis, Layma xəstəliyi, qarın yatalağı, salmonellez
  • Cərrahi əməliyyatlardan sonra infeksiyalaşmanın profilaktikası

 

Əks göstəriş:

Sefalosporinlər qrupuna qarşı hiperhəssaslıq

 

İstifadə qaydası və dozalanması:

Ə/d və V/d: 12 yaşdan yuxarı uşaqlar və böyüklər-1-2 q gündə 1 dəfə

Yenidoğulmuşlar -2 həftəyə qədər-20-50 mq/kq/sut

3 həftə-12 yaş qədər-20-80 mq/kq/sut

Sutkalıq doza 2 aşmamalıdır.

Cərrahi əməliyyatdan sonra profilaktik məqsədlə: 1 q ½-2 saat əməliyyatdan əvvəl.

İnfuziya şəklində: 10-40 mq/ml qatılıqda 15-30 dəq ərzində

V/d istifadə zamanı preparat 1:10 nisbətində inyeksiya üçün su ilə, ə/d istifadə zamanı isə 1% lidokain məhlulunda həll edilir

 

 

Buraxılış forması: Flakon №1

 

İstehsalçı: Hindistan