Tərkibi: 5ml-d də:
Dəmir (III) hidroksid saxaroza kompleksi 2000 mq
(100 mq elementar dəmirə ekvivalentdir)
Farmakoterapevtik qrupu:
Antianemik, Fe preparatları
Farmakoloji xüsusiyyətləri:
Farmakodinamika:
Enciferin aktiv maddəsi dəmir-saxaroza mərkəzdə çoxnüvəli Fe (III)-hidroksid və ətrafında çoxlu sayda qeyri-kovalent rabitə ilə birləşmiş saxaroza molekullarından ibarətdir. Kompleks stabil quruluşa və orta molekul kütləsinə (43kDa) malikdir. Polisiklik Fe nüvəsinin quruluşu fizioloji olaraq ferritin zülalının mərkəzi hissəsinə analojidir. Kompleksin funksiyası orqanizmdə fizioloji olaraq dəmirin depolaşmasına və transportunun tənzimlənməsinə əsaslanır. Encifer orqanizmə yeridildikdə ilk növbədə qaraciyər, dalaq və sümük iliyində retikuloendotelial sistemi tənzimləyir, daha sonra hemoqlobin, mioqlobin və digər Fe saxlayan fermentlərin sintezində istifadə olunur və ya ferritin şəklində qaraciyərdə toplanır.
Farmakokinetika:
Encifer orta molekul kütləsinə malik olduğu üçün böyrəklərdən eliminasiyasını çətinləşdirir. 100 mq Fe qəbulundan 4 saat sonra böyrəklərdən cəmi 5%-i eliminasiya olunur. Saxarozanın böyrəklərdən xaric olması qəbul olunan dozanın 75%-i qədərdir.
İstifadəsinə göstərişlər:
Müxtəlif etiologiyalı dəmirdefisitli anemiyalar:
Əks göstərişlər:
İstifadə qaydası və dozalanma:
Preparat yalnız venadaxilinə şırnaq və ya damcı üsulu ilə, həmçinin dializ sisteminin venoz sahəsinə yeridilir.
Venadaxilinə damcı üsulu ilə: Enciferi 0,9%-li natrium xlorid məhlulunda 1:20 nisbətində həll etmək lazımdır. Alınmış məhlul aşğıdakı qayda ilə yeridilir: 100 mq Fe-15 dəq, 200 mq Fe-30 dəq ərzində, 300 mq Fe-1,5 saat, 400 mq Fe-2,5 saat, 500 mq Fe-3,5 saat. Maksimal birdəfəlik doza 7 mq Fe/kq-dır, preparatın ümumi dozasından asılı olmayaraq 3,5 saat ərzində yeridilməlidir.
Venadaxilinə şırnaq üsulu ilə: 5 ml (1 ampul) Encifer (100 mq Fe) 5 dəq ərzində tədricən vurulur. Preparatın maksimal dozanı 2 ampul (10 ml) aşmamalıdır.
Standart dozalanma:
Böyüklər və yaşlılar: 5-10 ml Encifer (100-200 mq) hemoqlobinin səviyyəsindən asılı olaraq həftədə 1-3 dəfə.
Uşaqlar: 3 yaşa qədər uşaqlarda istifadəsi məhdudlaşdırılır. 3 yaşdan böyük uşaqlarda 0,15 ml (3 mq Fe)/kq hemoqlobinin səviyyəsindən asılı olaraq həftədə 1-3 dəfə.
Preparatın dozalanması fərdi aparılır.
Müalicə üçün Encifer preparatının ümumi həcmi
Bədən kütləsi, kq |
Müalicə üçün Encifer preparatının kumulyativ terapevtik dozası |
|||||||
Hb 60 q/l |
Hb 75 q/l |
Hb 90 q/l |
Hb 105 q/l |
|||||
mq Fe |
ml |
mq Fe |
ml |
mq Fe |
ml |
mq Fe |
ml |
|
5 |
160 |
8 |
140 |
7 |
120 |
6 |
100 |
5 |
10 |
320 |
16 |
280 |
14 |
240 |
12 |
220 |
11 |
15 |
480 |
24 |
420 |
21 |
380 |
19 |
320 |
16 |
20 |
640 |
32 |
560 |
28 |
500 |
25 |
420 |
21 |
25 |
800 |
40 |
700 |
35 |
620 |
31 |
520 |
26 |
30 |
960 |
48 |
840 |
42 |
740 |
37 |
640 |
32 |
35 |
1260 |
63 |
1140 |
57 |
1000 |
50 |
880 |
44 |
40 |
1360 |
68 |
1220 |
61 |
1080 |
54 |
940 |
47 |
45 |
1480 |
74 |
1320 |
66 |
1140 |
57 |
980 |
49 |
50 |
1580 |
79 |
1400 |
70 |
1220 |
61 |
1040 |
52 |
55 |
1680 |
84 |
1500 |
75 |
1300 |
65 |
1100 |
55 |
60 |
1800 |
90 |
1580 |
79 |
1360 |
68 |
1140 |
57 |
65 |
1900 |
95 |
1680 |
84 |
1440 |
72 |
1200 |
60 |
70 |
2020 |
101 |
1760 |
88 |
1500 |
75 |
1260 |
63 |
75 |
2120 |
106 |
1860 |
93 |
1580 |
79 |
1320 |
66 |
80 |
2220 |
111 |
1940 |
97 |
1660 |
83 |
1360 |
68 |
85 |
2340 |
117 |
2040 |
102 |
1720 |
86 |
1420 |
71 |
90 |
2440 |
122 |
2120 |
106 |
1800 |
90 |
1480 |
74 |
Əlavə təsirləri:
Başgicəllənmə, baş ağrısı, paresteziyalar, taxikardiya, hipotenziya, istilik hissiyatı, periferik ödemlər, bronxospazm, diareya, dadın təhrif olunması, ürəkbulanma, qusma, eritema, qaşınma, səpgi, piqmentasiyanın pozulması, çox tərləmə, artralgiya, oynaqlarda ödemlər, mialgiya.
Buraxılış forması:
Ampul 5m №5