FLUORES

Tərkibi: Flukonazol 150 mq

 

Farmakoterapevtik qrupu: Göbələk əleyhinə vasitə

 

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamika: Fluores -triazol törəmələri qrupundan olan göbələk əleyhinə preparatdır. Göbələklərin hüceyrə membranlarında sitoxrom P450-dənasılı fermentləri blokada edir və yüksək selektivliyə malik olub, sterolların sintezini inhibə edir. Antiandrogen aktivliyə malik deyil. Flukonazol Candida spp., Cryptococcus neoformans, Epidermophyton spp., Microsporum spp., Trichophyton spp. növ göbələklərinin, həmçinin Blastomyces dermatitidis, Coccidioides immitis və Histoplasma capsulatum törədicilərinin törətdiyi infeksiyalar zamanı effektlidir.

 Farmakokinetikası: Daxilə qəbul olunduqda flukonazol yaxşı sorulur, onun biomənimsənilməsi 90%-dir. Acqarına qəbuldan sonra Cmax 0,5-1,5 saata çatır. 90% tarazlıq qatılığının səviyyəsi (sutkada 1 dəfə) müalicənin 4-5-ci günündə çatır. “Zərbə” dozasının qəbulu zamanı (sutkada 2 dəfə) 2-ci günündə müşahidə olunur. Plazma zülalları ilə 11-12% birləşir. Flukonazol orqanizmin bütün bioloji mayelərinə yaxşı nüfuz edir. Aktiv maddənin qatılığı ana südündə, oynaq mayesində, tüpürcək, bəlğəm və peritoneal mayelərdə plazmaya analojidir. Daxilə qəbuldan sonra 8 saatdan sonra vaginal mayesində toplanır və 24 saat saxlanılır. Flukonazol onurğa beyni mayesinə yaxşı keçir, göbələk mənşəli meningitdə qatılıq 80%-ə çatır. Tər mayesində, epidermis və bunuz qişanın qatında (selektiv toplanma) zərdabdan yüksək qatılıqda toplanır. Qaraciyərdə  CYP2C9 izofermenti inhibə edir. Periferik qanda flukonazolun metabolitləri aşkarlanmamışdır. Əsasən böyrəklərlə xaric olur (80%-dəyişilməmiş şəkildə, 11%-metabolitlər şəklində). T1/2=30 saat. Flukonazolun klirensi kreatin klirensi ilə mütənasibdir. Hemodializdən 3 saat sonra plazmada qatılığı 50% düşür.

 

İstifadəsinə göstərişlər:

  • Normal immuniteti və ya immunosupressiyaların müxtəlif formaları (QİÇS, orqanların transplantasiyaları) olan xəstələrdə kriptokokkoz, kriptokokk meningiti və bu infeksiyanın digər lokalizasiyası (ağciyər, dəri)
  • QÇİS olan xəstələrdə kriptokokk infeksiyasının profilaktikası 
  • Selikli qişaların kandidozu, həmçinin qırtlaq və ağız boşluğu (diş protezləri istifadə edən xəstələrdə ağız boşluğunun atrofik kandidozu), qida borusu, qeyri-invaziv bronxo-ağciyər kandidozları, kandiduriya
  • Genital kandidoz: vaginal kandidoz (kəskin və xroniki residivləşən), kandidoz balanit
  • Generalizəolunmuş kandidoz, kandidemiya
  • Dəri mikozları, həmçinin daban, bədən mikozları, onikomikozlar və dəri kandidoz infeksiyaları
  • Dərin endemik mikozlar, həmçinin koksidioidomikozlar, parakoksidioidomikoz, sporotrixoz və histoplazmoz
  • Medikamentoz terapiyadan sonra (antibiotiklər, sitostatiklər, şüa terapiyası və s.) göbələk infeksiyalrının profilaktikası

 

Əks göstəriş:

Flukonazola (və ya digər azol birləşmələrinə) qarşı yüksək həssaslıq, 4 yaşa qədər uşaqlar, laktasiya dövrü

 

 

İstifadə qaydası və dozalanması:

Preparat xəstəliyin xarakterindən asılı olaraq fərdi dozada daxilə qəbul olunur.

 

Göstəriş

Sutkalıq doza və müalicə kursu

  • kriptokokkoz, kriptokokk meningiti və bu infeksiyanın digər lokalizasiyası (ağciyər, dəri)
  • Kandidemiya və digər invaziv kandidozlar

I gün 400 mq, sonrakı günlər 200 mq gündə 1 dəfə,

6-8 həftə

  • Orofaringeal kandidoz

150 mq gündə 1 dəfə,  7-14 gün

  • Ağız boşluğunun atrofik kandidozu

50 mq gündə 1 dəfə, 14 gün

  • Selikli qişaların kandidozu, həmçinin qırtlaq və qida borusu, qeyri-invaziv bronxo-ağciyər kandidozları, kandiduriya

150 mq gündə 1 dəfə,  14-30 gün

  • Vaginal kandidoz

150 mq gündə 1 dəfə,  7-14 gün

  • Vaginal kandidozun residivləşməni azaltmaq üçün

150 mq ayda 1 dəfə, 4-12 ay

  • Candida törətdiyi balanit

150 mq gündə 1 dəfə

  • Kandidoz infeksiyaların profilaktikası

50-400 mq gündə 1 dəfə

  • Dəri mikozları, həmçinin daban, bədən mikozları, onikomikozlar və dəri kandidoz infeksiyaları

 

150 mq həftədə 1 dəfə, 2-4 həftə

 

Buraxılış forması: Kapsul 150 mq №2

 

İstehsalçı: Rompharm, Rumıniya