KOLPOZOL

TƏRKİBİ: 

Təsiredici maddə: hər yumşaq jelatin kapsulda 400 mq mikonazol-nitrat vardır.
FARMAKOTERAPEVTİK QRUPU: Göbələkəleyhinə vasitə.

ATC KODU: A07AC01

FARMAKOLOJI XÜSUSİYYƏTLƏRİ:

FARMAKODİNAMİKA

 KOLPOZOL göbələk əleyhinə vasitə olaraq, ümumi dermatofitlərə və maya göbələklərinə qarşı güclü antifunqal aktivliyə malikdir. Təsir spektrinə əsasən dermatomikoz törədicilərindən Candida albicans, Trichophyton, Epidermophyton floccosum, Microsporum, Malassezia furfur,  həmçinin Coccidioides immitis, Aspergillus spp., Dimorphons fungi, Cryptococcus neoformans, Pityrosporum, Torulopsis glabrata, Pseudallescheria boydii göbələklərinə qarşı fungisid aktivliyə malikdir və müəyyən qrammüsbət mikroorqanizmlərə (streptokokklar, stafilokokklar) qarşı yüksək antibakterial təsir göstərir.
KOLPOZOL preparatının fungisid və fungistatik effekti göbələk hüceyrəsinin divarı və plazmatik membranındakı erqosterolun biosintezini inhibə etməsi ilə əlaqədardır. Bu zaman lipid komponentlərinin quruluşu dəyişir, hüceyrə divarının keçiriciliyi pozulur və nəticədə göbələk məhv olur. KOLPOZOL uşaqlıq yolunun mikroflora tərkibini və PH-nı dəyişdirmir. Göbələk mənşəli qaşınmaları aradan qaldırır.

GÖSTƏRİŞLƏRİ: 
Vaginal və vulvovaginal kandidoz

Göbələk mənşəli, xüsusilə törədicisi Candida spp. olan vaginal infeksiyalar

Göbələklər və qrammüsbət bakteriyaların birgə törətdiyi qarışıq infeksiyalar
ƏKS GÖSTƏRİŞLƏRİ:

Preparatın  hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.

XÜSUSİ GÖSTƏRİŞLƏR:

KOLPOZOL preparatını istifadəsi zamanı kontraseptiv diafraqma və rezin qoruyucu ilə eyni zamanda istifadə olunmamalıdır. Kontraseptiv diafraqma və rezin qoruyucunu yalnız müalicə qurtardıqdan 3 gün sonra istifadə etmək olar. Həkimin təyinatı ilə hamiləliyin I-ci  trimestrində istifadə oluna bilər.

HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:

Mikonazol nitrat çox az miqdarda uşaqlıq yolundan sorulduğundan, hamiləlik və laktasiya dövrundə  istifadə olunur(Hamiləlik və infeksiyalar üzrə klinik protokol 2012).

DİGƏR DƏRMANLARLA QARŞILIQLI TƏSİRİ: Digər dərmanlarla qarşılıqlı təsiri yoxdur.
ƏLAVƏ TƏSİRLƏRİ: KOLPOZOL vaginal yumşaq jelatin kapsullar orqanizm tərəfindən yaxşı mənimsənilir.

İSTİFADƏ QAYDASI VƏ DOZASI:       
Yalnız intravaginal istifadə olunur.

KOLPOZOL 1 kapsul gündə 1 dəfə yatmazdan əvvəl uşaqlıq yoluna dərinə yeridilməlidir. Kurs müalicə 3 gündür, müalicə kursu təkrar oluna bilər.
Üçgünlük müalicə hamilə, diabeti olan və ya kortikosteroid istifadə edən qadınlar üçün kifayət deyildir. Belə vəziyyətlərdə müalicə kursunun təkrar edilməsi tövsiyə olunur.

BURAXILIŞ FORMASI: KOLPOZOL vaginal kapsul., 3 yumşaq jelatin kapsul 1 blisterdə içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

İSTEHSALÇI: PHARCO PHARM. Misir.