AZOLA

Tərkibi: hər 1ml-də:

Flukonazol 3 mq (0,3%)

 

Farmakoterapevtik qrupu:

Göbələk əleyhinə vasitə

 

Farmakoloji xüsusiyyətləri: 

    Azola-triazol törəmələri qrupundan olan göbələk əleyhinə preparatdır. Göbələklərin hüceyrə membranlarında sitoxrom P450-dənasılı fermentləri blokada edir və yüksək selektivliyə malik olub, sterolların sintezini inhibə edir. Flukonazol Candida spp., Cryptococcus neoformans, Epidermophyton spp., Microsporum spp., Trichophyton spp. növ göbələklərinin, həmçinin Blastomyces dermatitidis, Coccidioides immitis və Histoplasma capsulatum törədicilərinin törətdiyi infeksiyalar zamanı effektlidir.

    Birdəfəlik istifadə zamanı flukonazol göz toxumasında 15 dəq. sonra C. albicans və C. Parapsilosis kimi mikroorqanizmlərin eliminasiyası üçün kifayət olan qatılıqda toplanır.    

Farmakokinetikası: Bütün bioloji toxumalara yaxşı keçir. Əsasən böyrəklərlə xaric olur, 80% flukonazol dəyişilməmiş şəkildə, 11%-ə qədər metabolitlər şəklində ekskresiya olunur. Yarımçıxarılma dövrü 30 saat təşkil edir.  

İstifadəsinə göstərişlər:

Oftalmoloji:

Gözün göbələk mənşəli zədələnmələri:

-skleritlər

-endoftalmitlər

-keratitlər (keratomikozlar)

-kanalikulitlər və s.

LOR:

-Müxtəlif mənşəli otomikozlar

 

Əks göstəriş:

Flukonazola (və ya digər azol birləşmələrinə) qarşı yüksək həssaslıq

 

Əlavə təsirləri:

Nadir hallarda gözün qızarması və qıcıqlanması müşahidə oluna bilər

 

İstifadə qaydası və dozalanması:

Preparat yalnız yerli istifadə üçün nəzərdə tutulub. 1-2 damcı gündə 4 dəfə təyin olunur.

Müalicə müddəti 3 həftədən çox olmamalıdır.

 

Buraxılış forması:

Flakon 5 ml №1 damcı

 

İstehsalçı:

Rompharm, Rumıniya