DİKLOF

Tərkibi: 1 ml-də:

Diklofenak 1 mq

 

Farmakoterapevtik qrupu: QSİƏ preparatlar

 

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamikası:

 Diklof iltihab əleyhinə, analgetik və qızdırmasalıcı təsirlərə malikdir. Təsir mexanizmi siklooksigenaza-1 və 2-ni qeyri-seçici inhibə edərək, iltihab ocağında prostoqlandinlərin sintezini tormozlanmasına əsaslanır. Diklof 0,1% göz damcısı şəklində istifadə edildikdə, infeksiya, travma və cərrahi müdaxilələrdən sonra yaranan gözün iltihabi reaksiyalarını zəiflədir; cərrahi əməliyyatlar zamanı miozu azaldır, ön kamera mayesində prostoqlandinlərin sintezini zəiflədir.

Farmakokinetikası:

Diklof büllur qişa istisna olmaqla, gözün müxtəlif toxumalarına yaxşı keçir, Cmax 30 dəq. ərzində çatır, daha çox ön kamera mayesində toplanır.

 

İstifadəsinə göstərişlər:

  • Əməliyyat zamanı miozun inhibə olunması
  • Göz almasında cərrahi müdaxilədən sonra iltihabi proseslərin müalicə və profilaktikası
  • Katarakta əməliyyatından sonra makulanın kistoz ödeminin profilaktikası
  • Qeyri-infeksion konyuktivitlərin müalicəsi
  • Göz almasının zədələnməsi və ya zədələnməməsi ilə müşayiət olunan postravmatik iltihabi proseslərin müalicə və profilaktikası (yerli antibakterial terapiyaya tamamlayıcı vasitə kimi)

 

Əks göstərişlər:

Preparatın komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq, asetilsalisil turşusu və ya digər QSİƏ preparatlara qarşı həssaslıq, qeyri-müəyyən mənşəli qanyaranmanın pozulması, MBT-da eroziv-xora proseslərinin kəskinləşmə dövrü

 

Hamiləlik  və laktasiya dövründə istifadəsi:

Hamiləlik zamanı ehtiyatla istifadə olunmalıdır.

 

Əlavə təsirləri:

Gözdə yanğı hiisi, hiperemiya, ödem, gözdə qızartı, buynuz qişanın tündləşməsi və s.

 

İstifadə qaydası və dozalanma:

Yerli: cərrahi əməliyyatdan əvvəl miozu inhibə etmək məqsədilə preparat konyuktival kisəyə 2 saat ərzində hər 30 dəq-dən bir (4 dəfə)

Makulanın kistoz ödeminin profilaktikası zamanı preparat cərrahi əməliyyatdan sonra 1 damcı gündə 3-4 dəfə 2 həftə ərzində istifadə olunur.

Digər hallarda: xəstənin vəziyyətindən asılı olaraq 1 damcı gündə 3-4 dəfə istifadə olunur. Kurs müalicə 1-2 həftə davam edə bilər.

 

Buraxılış forması: Flakon 5 ml №1 göz damcısı

İstehsalçı: Rompharm, Rumıniya