EYELOS

Tərkibi: hər 1ml-də:

Hipromelloza 5mq (0,5%)

 

Farmakoterapevtik qrupu:

Oftalmoloji vasitə

 

Farmakoloji xüsusiyyətləri: 

 Eyelos hidratasiyaedici təsir göstərir. Buynuz qişanın epitelisini qoruyur, yumşaldıcı təsir göstərir, bərpa edir, stabilləşdirir, göz yaşı pərdəsinin optik xüsusiyyətlərini oynayır. Epitelizasiyanı təmin edir, hiperemiyanı aradan qaldırır, zədələnmə ocağının ölçülərini kiçildir (təsiri 3-5 gündən sonra göstərir).     

 

İstifadəsinə göstərişlər:

  • Göz yaşı sekresiya çatışmazlığı: laqoftalm, göz qapaqlarının deformasiyası, ektropion, göz qapaqlarında plastik əməliyyatlardan sonra, buynuz qişanın eroziya və trofik xoraları, buynuz qişanın və konyuktivanın cərrahi və termik yanıqlardan sonrakı vəziyyəti, buynuz qişanın distrofik dəyişiklikləri, keratopatiya, buynuz epitelisinin mikrodefektləri, keratoplastika və keratoektomiyadan sonra
  • Quru göz” sindromu: Stivens-Conson sindromu, Syeqren sindromu və ya xəstəliyi, kseroz, keratoz
  • Gözlərin qıcıqlanması: toz, soyuq, külək, günəş, duzlu su, kontakt linzalar və s.
  • Oftalmoloji allergik reaksiyalar
  • Göz yaşı mayesinin dezinfeksiyası
  • Digər göz damcılarının qıcıqlandırıcı təsirini aradan qaldırmaq məqsədilə
  • Gözlər yad cisimlər və toksik maddələrdən təmizləndikdən sonra
  • Gözün müayinəsi: honioskopiya, elektroretinoqrafiya, elektrookuloqrafiya, UZİ

 

Əks göstəriş:

Yüksək həssaslıq

 

Əlavə təsirləri:

Allergik reaksiyalar, göz qapaqlarının yapışma hissi

 

İstifadə qaydası və dozalanması:

Preparat yalnız yerli istifadə üçün nəzərdə tutulub. 1-2 damcı aşağı konyuktival torbaya gündə 4-8 dəfə təyin olunur. Müalicə kursu 2-3 həftədir.

 

Buraxılış forması:

Flakon 15 ml №1 göz damcısı

 

İstehsalçı:

Rompharm, Rumıniya