ROMATEK

Tərkibi: 1 ml-də:

Tobramisin 3 mq

Deksametazon  1 mq

 

Farmakoterapevtik qrupu:

Antibakterial, iltihab əleyhinə oftalmoloji vasitə

 

Farmakoloji xüsusiyyətləri:

    Romatek kombinəolunmuş preparatdır. Tobramisin-aminoqlikozidlər qrupundan olan antibiotikdir. Geniş təsir spektrinə malikdir, qram (-) və qram (+) mikroorqanizmlərə qarşı həssasdır: Streptococcus spp., Streptococcus pneumoniae; Pseudomonas aeruginosa, Escherichia coli, Klebsiella pneumoniae, Enterobacter aerogenes, Proteus mirabilis, Morganella morganii, Proteus vulgaris, Haemophilus influenzae, Haemophilus aegyptius, Moraxella lacunata, Acinetobacter calcoaceticus (Herellea vaginacoia), Neisseria spp.

 Deksametazon –iltihab əleyhinə, allergiya əleyhinə və desensibilizasiyaedici təsir göstərən qlükokortikosteroidlər.

 

İstifadəsinə göstərişlər:

  • Blefarit
  • Konyuktivit
  • Keratit
  • Cərrahi əməliyyatlardan sonra profilaktika məqsədilə

 

Əks göstəriş:

Hiperhəssaslıq, buynuz qişanın və konyuktivanın virus xəstəlikləri, göz vərəmi, gözün göbələk mənşəli xəstəlikləri                                                                                                                                                                         

 

Əlavə təsirləri:

Allergik reaksiyalar, gözdaxili təzyiqin yüksəlməsi, yaraların gec sağalması, ikincili infeksiya

 

İstifadə qaydası və dozalanması:

1-2 damcı hər 4-6 saatdan bir konyuktival torbaya yerli olaraq istifadə olunur.

 

Buraxılış forması:

Flakon 5 ml №1

 

İstehsalçı:

Rompharm, Rumıniya