TROLAC

Tərkibi: hər 1 ml-də:

Ketorolak 30 mq

 

Farmakoterapevtik qrupu: QSİƏP

Trolac ağrıkəsici, qızdırmasalıcı, iltihab əleyhinə təsir göstərir.

Farmakodinamika: Ağrıkəsici təsir mexanizmi SOQ-1 və SOQ-2 aktivliyini qeyri-selektiv inhibə edərək, ağrı, iltihab və qızdırmanın patogenezində əsas rol oynayan və araxidon turşusundan əmələ gələn PQ sintezini tormozlayır. Ağrıkəsici effektinə görə morfinlə eynidir, digər QSİƏ preparatları qabaqlayır. Ə/d istifadədən sonra ağrıkəsici təsir 0,5 saatdan sonra qeyd olunur, maksimal effekt 1-2 saatdan sonra əldə olunur.   

Farmakokinetika: Ə/d yeridildikdə absorbsiya tez və tamdır. Tmax-15-73 dəq təşkil edir. Plazma zülalları ilə 99% birləşir. Vd-0,15-0,3 l/kq. Böyrək çatışmazlığı zamanı V/d 2 dəfə arta bilər. Ana südünə keçir. Qəbul olunan dozanın 50%-i qaraciyərdə metabolizmə uğrayır və farmakoloji baxımından qeyri-aktiv metabolitlər əmələ gəlir. Əsas metabolit qlükuronidlərdir, 91% böyrəklərlə, 6% bağırsaqlarla xaric olur.

Sağlam insanlarda T1/2 5 saat təşkil edir. Yaşlı insanlarda T1/2 artır. Qaraciyər funksiyaları T1/2 təsir göstərmir. Böyrək funksiyaları pozulmuş xəstələrdə plazma kreatinin miqdarı 19-50 mq/l olduqda T1/2 10 saata qədər artır, ağır hallarda 13 saat təşkil edir.

 

İstifadəsinə göstərişlər:

Kəskin ağrı sindromu:

  • Travmalar
  • Diş ağrısı
  • Doğuş və əməliyyatlardan sonra ağrılar
  • Onkoloji xəstəliklər
  • Mialgiya, artralgiya, nevralgiya, radikulit
  • Çıxıqlar, dartılmalar
  • Revmatik xəstəliklər

    

İstifadə qaydası və dozası:

 

Birdəfəlik doza

Sutkalıq doza

16-64 yaş

50 kq-dan çox olan xəstələr

60 mq

(hər 6 saatdan bir 30 mq)

90 mq

16-64 yaş

50 kq-dan az və xroniki böyrək çatışmazlığı olan xəstələr

30 mq

60 mq

 

Müalicə müddəti 5 gündən artıq olmamalıdır.

 

Buraxılış forması: Ampul 1 ml №5

 

İstehsalçı: Rompharm, Rumıniya