EMOKSİBEL

Tərkibi:

Emoksipin 150 mq

 

Farmakoterapevtik qrupu:

Kapilyarların keçiriciliyini azaldan preparat, kardiotonik

 

Farmakoloji xüsusiyyətləri:     

   Emoksipin trombositlərin aqreqasiyasını tormozlamaqla, koaqulyasiyanın ümumi indeksini azaldır, qanın laxtalanma müddətini uzadır, bununla da qanın laxtalanma sisteminə müsbət təsir göstərir. Fibrinolizi gücləndirir. Qanın özlülüyünü və damar keçiriciliyini azaldır. Damar divarı hüceyrələri və eritrositlərin divarını stabilləşdirir, eritrositlərin mexaniki travma və hemolizə davamlılığını artırır. Angioprotektor təsir göstərir, mikrosirkulyasiyasını yaxşılaşdırır.

   Antioksidant fermentlərin aktivliyini artırır, biomembranların lipidlərinin sərbəst radikallar tərəfindən oksidləşməsini inhibə edir. Sitoxrom P-450 sistemini stabilləşdirir, antitoksik təsir göstərir. Hipoksiya və lipidlərin oksidləşməsi ilə müşayiət olunan ekstremal vəziyyətlərdə bioenergetik prosesləri optimallaşdırır. Emoksipin serebral hemodisfunksiya əlamətlərini azaldır. Beynin hipoksiya və işemiyaya davamlılığını artırır. Beyin qan dövranı pozğunluqlarında (işemik və hemorragik) vegetativ funksiyaların bərpasını təmin edir, beynin əqli və inteqrativ funksiyalarını yaxşılaşdırır.

   Baş beynin ocaqlı travmatik zədələnmələrində (müxtəlif dərəcəli əzilmələr, beyindaxili hematomalar) hemorragik komponentin və beyin ödeminin geriyə inkişafına ümumi beyin əlamətləri və ocaqlı nevroloji əlamətləri reqressiyasına səbəb olur.

  Triqliseridlərin sintezini azaltmaqla hipolipidemik təsir göstərir.

Emoksipin əhəmiyyətli kardioprotektiv təsirə malikdir. Koronar damarları genişləndirməklə miokardın işemik zədələnməsinin qarşısını alır. Miokard infarktında nekroz zonasının böyüməsinin qarşısını alır, reperativ prosesləri sürətləndirir, miokardın metabolizmini normallaşdırır. Miokard infarktının gedişini yüngülləşdirməklə yanaşı, kəskin ürək çatışmazlığının da baş vermə tezliyini azaldır. Qan dövranı çatışmazlığında oksidləşmə-reduksiya reaksiyalarını tənzimləyir. 

  

İstifadəsinə göstərişlər:

Nevrologiya və neyrocərrahiyyə:

  • Hemorragik və işemik insult
  • Beyin qan dövranı pozğunluqları
  • Xroniki serebrovaskulyar pozğunluqlar
  • Kəllə-beyin travmaları
  • Epidural, subdural və beyindaxili hematomalr
  • Beyin damar patologiyaları
  • Anevrizm

Kardiologiya:

  • Kəskin miokard infarktı
  • Qeyri-stabil stenokardiya (“reperfuziya sindromu”)

Cərrahiyyə:

  • Kəskin və xroniki pankreatit
  • Psevdotumoroz pankreatit
  • Peritonit

 

 

Əks göstərişlər:

Emoksipinə qarşı yüksək həssaslıq, hamiləlik

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Hamiləlik dövründə istifadəsi əks göstərişdir. Laktasiya dövründə həyati vacib hallarda istifadə oluna bilər. Müalicə zamanı arterial təzyiqi və qanın laxtalanamsını nəzarətdə saxlamaq lazımdır. Emoksipin məhlulunu digər dərmanlarla qarışdırmaq olmaz.

 

Digər dərman preparatları ilə qarşılıqlı təsiri:

Emoksipinin digər dərman preparatlarla birgə istifadəsi zamanı əlavə təsirlər müşahidə edilməmişdir. Alfa-tokoferol asetat emoksipinin antioksidant təsirini gücləndirir. Emoksipinin eyni zamanda digər dərmanlarla qarışdırılması məsləhət görülmür.

 

İstifadə qaydası və dozası:

Doza və müalicənin davametmə müddəti fərdi olaraq təyin olunur.

Nevrologiyada: emoksipin 10-12 gün vena daxilinə 5-10 mq/kq dozada təyin olunur. Istifadədən əvvəl emoksipini 200 ml izotonik məhlulda qarışdırmaq lazımdır. Preparat dəqiqədə 20-30 damcı olmaqla yeridilir. İşemik və hemorragik insultların kəskin dövrlərində (ilk 3-12 saat) ilk 3 sutka ərzində gündə 1 dəfə 150-300 mq dozada (5-10 ml 3%-li məhlul 10 ml izotonik məhlulda həll edilir) arteriydaxili (intrakarotid) yavaş bolyus şəklində təyin olunur. Ehtiyac olarsa, 5-15 gün ərzində gündə 1-3 dəfə 20-30 ml 3%-li məhlul (600-900 mq) 200 ml izotonik məhlulda həll edilərək venadaxili damcı üsulu ilə (20-30 damcı təyin olunur). Daha sonra 10-30 gün müddətində gündə 2-3 dəfə 3%-li məhlul 2-10 ml (60-300 mq) dozada ə/d təyin edilir.

Kardiologiyada: 5-10 gün ərzində gündə 1-3 dəfə 20-30 ml 3%-li məhlul (600-900 mq) 200 ml izotonik məhlulda həll edilərək venadaxili damcı üsulu ilə (20-40 damcı) təyin olunur. Müalicə daha sonra preparatın 10-30 gün ərzində gündə 2-3 dəfə 3%-li məhlulunun 2-10 ml (60-300 mq) dozada ə/d təyini ilə davam etdirilir.

Cərrahiyyədə: kəskin və xroniki pankretit, psevdotumoroz pankreatitdə dərin rentgenoterapiyadan əvvəl və sonra, peritonit, xroniki pankreatitli xəstələrdə əməliyyatdan əvvəl və sonra, müxtəlif etiologiyalı mexaniki sarılıq, hepatopankreatoduodenal zonada əməliyyat zamanı emoksipin 10-15 gün ərzində gündə 2 dəfə 150 mq dozada (5 ml 3%-li məhlul 200 ml izotonik məhlulda həll edilərək venadaxili damcı üsulu ilə 20-30 damcı ) yeridilir. Kəskin nekrozlaşan pankretit zamanı 4-5 gün ərzində truncus celiacusa 150-300 mq dozada (5-10 ml 3%-li məhlul 50-100 ml izotonik məhlulda həll edilərək dəqiqədə 1-2 ml sürətlə) yeridilir. Kəskin pankreatitdə USM və laparoskopiya zamanı az invaziv müdaxilələrin aparılması zamanı 3 ml 3%-li məhlul 10 ml izotonik məhlulla qarışdırılaraq parapankreatik toxumaya, piylik kisəsinə, pankreatik mayenin aspirasiyasından sonrakı boşluğa yeridilir. Müalicə zamanı arterial təzyiq və qanın laxtalanma sistemi nəzarətdə saxlanılmalıdır.

 

Əlavə təsirləri:

V/d yeridilməsi zamanı vena boyunac göynəmə hissi, arterial təzyiqin yüksəlməsi, oyanıqlıq, yuxululuq, baş ağrısı, ürək nahiyyəsində ağrılar, ürəkbulanma, epiqastral nahiyyədə ağrı, qaşınma və dərinin qızarması

 

Doza həddinin aşılması         

Doza həddinin aşılması zamanı əlavə təsirlər (sedativ təsir və yuxululuq) arta bilər. Arterial təzyiqin qısamüddətli yüksəlməsi, ürəkbulanma, epiqastral nahiyyədə diskomfort, qanın laxtalanmasının pozulması müşahidə oluna bilər.

 

Buraxılış forması:  

Ampul 5 ml №5