STRONGUM K

Tərkibi: Hər 15 ml-də:

Kalsium fosfat- 600 mq

D3 vitamini (xolekalsiferol)-5mkq  

Vitamin K2-37,5 mkq

 

Farmakoloji təsiri:

Strongum K  kombinəolunmuş preparatdır, sümük toxumasının minerallaşmasını və sümük döyənəyinin formalaşmasını sürətləndirir.

Kalsium orqanizmin bütün birləşdirici toxuma sistemlərinin struktur materialı hesab olunur, sümük toxumasının yaranmasında və dişlərin minerallaşmasında iştirak edir. Qanın laxtalanma sisteminin funksional fəaliyyəti və sinir-əzələ liflərində impulsların ötürülməsi prosesinin təmin olunması üçün vacibdir. Əzələlərin, həmçinin ürək əzələsinin yığılması və relaksasiyasında iştirak edir.

D3 vitamini (xolekalsiferol) sümüklərin normal böyümə və inkişafını təmin edir. Maddələr mübadiləsində iştirak edir, bağırsaqlarda kalsium, fosfor və maqneziumun sorulmasını sürətləndirir. Qalxanabənzər vəzin funksiyasının  təmin olunmasında və qanın laxtalanmasında vacib rol oynayır. Diş kariyeslərinin yaranmasının qarşısını alır və sınıqların sağalmasını sürətləndirir.

Vitamin K2 orqanizmdə Ca birləşməsində və metabolizmində iştirak edir.

 

İstifadəsinə göstərişlər:

  • Raxitin müalicə və profilaktikası
  • Uşaqlarda kalsium çatışmazlığı əlamətləri (əmgəyin bağlanmaması, dişlərin çıxmasının ləngiməsi, çoxsaylı kariyes və s.)
  • Sınıqlardan sonrakı bərpa dövrü
  • Spazmofiliya
  • Qıcolma sindromu
  • Diuretiklər, qıcolma əleyhinə preparatlar və qlükokortikoidlərin uzunmüddətli istifadəsi

 

Əks göstəriş:

Preparatın komponentlərinə qarşı fərdi həssaslıq, hiperkalsemiya, hipervitaminoz D3

Digər dərman preparatları ilə qarşılıqlı təsiri:

Xolekalsiferol və mineral tərkibli digər preparatlarla birgə istifadə etmək olmaz.

Bəzi epilepsiya əleyhinə dərmanlar (fenobarbital, karbamazepin, pirimidon, fenitoin) kalsium ehtiyacını artıra bilər.

Mis tərkibli preparatlar, siprofloksasin, norfloksasin, dəmir preparatları, penisillamin və tetrasiklin sink ilə qarşılıqlı təsirdə olduğundan eyni zamanda qəbul edilməməlidir.

Dozalanma və istifadə qaydası:

Preparat yeməkdən əvvəl qəbul olunur.

6-12 aylıq uşaqlar: ½ çay qaşığı gündə 2 dəfə

1-2 yaşlı uşaqlar: 1 çay qaşığı gündə 2 dəfə

3-12 yaşlı uşaqlar: 2 çay qaşığı gündə 2-3 dəfə

12 yaşdan yuxarı: 2 çay qaşığı gündə 3 dəfə

Qəbul etməzdən əvvəl flakonu çalxalayın.

Buraxılış forması:

Flakon 100 ml

İstehsalçı:

OFİ Bergamo/İtaliya