GYNOPHILUS

TƏRKİBİ

Hər kapsulda normal uşaqlıq yolu mühitində olan Lactobacillus casei rhamnosus (Döderleyn çöpləri) 341 mq (hər qramda 109 bakteriya) və bu bakteriyaların artıb-çoxala bilməsi üçün qida olan laktoza (süd şəkəri).

FARMAKOTERAPEVTİK QRUPU: Vaginal probiotik

ATC KODU: A07FA01.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Gynophilus probiotik preparat olmaqla uşaqlıq yolunun normal mikroflorasını bərpa etmək üçün yerli istifadə olunan vaginal kapsullardır. Laktobakteriyalar uşaqlıq yolu epitelinə yapışaraq burda süd turşusu, hidrogen peroksid əmələ gətirərək anaerob mikroblar, göbələklər və digər şərti - patogen mikrobların inkişaf etməsinin qarşısını alırlar. Eyni zamanda laktobakteriayaların sintez etdikləri bioloji aktiv maddələr iltihab əleyhinə və yerli immunostimulyator effekt də göstərirlər.

GÖSTƏRİŞLƏRİ:

Bakterial vaginoz, vulvovaginitlər

Uşaqlıq boynu eroziyasi

Vaginal kandidoz

Hamiləlik və laktasiya dövrü (hamiləliyin bütün aylarında istifadəsi mümkündür)

Abortlardan sonra, doğuşdan və ginekoloji əməliyyatlardan bilavasitə əvvəl

Antibiotiklərin qəbulu zamanı

Cinsi infeksiyaların kompleks müalicəsində (xlamidioz, ureaplazmoz, mikoplazmoz, trixomoniaz)

Hormonal preparatların uzun müddətli qəbulu

DOZA VƏ İSTİFADƏ QAYDASI:

Gynophilus vaginal kapsullar şəklində buraxılır və yalnız yerli olaraq uşaqlıq yoluna yeridilir.

1 kapsul gündə 2 dəfə uşaqlıq yoluna dərin yeridilir.

ƏLAVƏ TƏSİRLƏRİ:

Heç bir əlavə təsiri müəyyən edilməmişdir.

ƏKS GÖSTƏRİŞLƏRİ:

Preparata qarşı yüksək həssaslıq.

DİGƏR PREPARATLARLA QARŞILIQLI TƏSİRİ: Gynophilus digər preparatlarla birlikdə istifadə oluna bilər.

BURAXILIŞ FORMASI: 14 vaginal kapsul.

İSTEHSALÇI: PROBİONOV, Fransa.