AVİBAKS

TƏRKİBİ:

Gülümbahar çiçəyinin duru ekstraktı, İsland mamırının duru  ekstraktı, propolisin 12% titrlənmiş duru  ekstraktı, Gənəgərçək yağı, bal, nanənin efir yağları, Kəklikotunun efir yağları, Evkalipt efir yağı, Ezvayın(Aloye) 200:1 quru ekstraktı.

 

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Gülümbahar çiçəyi – güclü iltihab əleyhinə, yarasağaldıcı və antiseptik təsirlərə malikdir.

İsland mamırı  - iltihab əleyhinə və virus əleyhinə təsirlərə malik olduğundan, yuxarı tənəffüs yollarının infeksiyaları zamanı müsbət təsir göstərir.

Propolis - antibakterial, dezinfeksiyaedici, yerli analgetik, antioksidant  və immunostimulyator təsirlərə malikdir.

Gənəgərçək yağı - antibakterial, nəmləndirici və yarasağaldıcı xüsusiyyətlərə malik olduğundan hüceyrələrdə olan qan dövranını və mübadilə prosesslərini yaxşılaşdırır, bakterisid və iltihab əleyhinə təsir göstərir.

Bal - yumşaldıcı, antiseptik və immunostimulyator təsir gostərir.

Nanə - Fitonsidlərlə zəngin olduğundan antiseptik, mikrob- və iltihab əleyhinə təsirlərə malikdir. Boğaz qurumasının qarşısını alır, ağız iyini aradan qaldırır.

Kəklikotu - sakitləşdirici, dezinfeksiyaedici, büzücü və bəlgəmgətirici təsirlərə malikdir. Öskürək ilə müşahidə olunan boğaz ağrılarında xüsusilə effektlidir.

Evkalipt efir yağı - tənəffüs yollarının yuxarı hissələrində selik ifrazını azaldır və tənəffüsü yüngülləşdirir.

Ezvay(Aloye)  - güclü yarasağaldıcı, immunitet stimullaşdırıcı, mikrob və iltihab əleyhinə təsirlərə malikdir.        

GÖSTƏRİŞLƏRİ:

Yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərinin müalicə və profilaktikası

Orofaringeal infeksiyalar: stomatit, gingivit, parodontoz, qlossit, faringit

LOR orqanlarının infeksiyaları: angina, tonzillit, laringit

KRVİ-nın (kəskin respirator virus infeksiyası) kompleks müalicəsi

Ağız boşluğunda aparılan cərrahi əməliyyatlardan sonra

 

ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın  hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.

ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda yerli reaksiya müşahidə oluna bilər.

 

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA: Bilavasitə selikli qişaya istifadə olunur.

Yaş

Dozalanma

1 - 3  yaş

1 püskürtmə x 2 dəfə

 3 - 6 yaş

1-2 püskürtmə x 2- 3 dəfə

 6 - 12 yaş

2 püskürtmə x 3 dəfə

12 yaş və  böyüklərdə

2 püskürtmə x 3- 4 dəfə

 

BURAXILIŞ FORMASI:  Flakon 30 ml №1

İSTEHSALÇI: İtaliya