ENUREZİN

TƏRKİBİ: 

Təsiredici maddə: hər tabletin tərkibində 2 mq Tolterodin-tartrat vardır.

FARMAKOTERAPEVTİK QRUPU: Antidizurik vasitə.

ATC KODU: G04BD07

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

FARMAKODİNAMİKA

ENUREZİN urodinamikanı yaxşılaşdıran dərman vasitəsidir. Tolterodin xüsusi muskarinəhəssas reseptorların rəqabət zəminində selektiv antoqanisti olub, in vivo sidik kisəsinin reseptorlarına təsir göstərir. ENUREZİN sidikçıxarıcı yollarının saya əzələlərinin tonusunu aşağı salaraq, detruzora tezyiqi azaldır, sidiyəgetmə arası intervalı artırır, xaric olunan sidiyin həcmini çoxaldır, sidiyəgetmə çağırışlarının tezliyini və  sidiyi saxlaya bilməmək hissinin qarşısını alır.

Müalicə zamanı terapevtik effekt  4 həftə ərzində əldə edilir.

FARMAKOKİNETİKA  

ENUREZİN mədə –bağırsaq traktından çox yaxşı mənimsənilir. Peroral qəbulundan sonra Cmax 1-3 saata çatır.  T1/2   - 6 saata bərabərdir. Tolterodin əsasən böyrəklərlə - 77% eliminasya olunur, 17% isə bağırsaqlarla xaric olunur.

GÖSTƏRİŞLƏRİ: 
Aşağıdakı simptomları olan pasientlərdə SİDİK KİSƏSİNİN HİPERAKTİVLİYİnin müalicəsi:

  • Tez – tez sidiyəgetmə
  • Usandırıcı sidiyəgetmə (sidiyəgetməyə çağırış)
  • Sidiyi saxlaya bilməmək

İSTİFADƏ QAYDASI VƏ DOZASI:

1 tablet gündə 2 dəfə daxilə yemek zamanı qəbul olunur. Kurs müalicə 3-6 aydır.

Qaraciyər çatışmazlığı və böyrək çatışmazlığı zamanı  ½ tablet gündə 2 dəfə təyin olunur. Əlavə təsirlər narahatlıq törədərsə doza azaldılaraq ½ tablet gündə 2 dəfə təyin olunur.

ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın  hər hansı bir komponentinə qarşı hiperhəssaslıq, sidiyin ləngiməsi, miasteniya qravis, darbucaqlı qlaukoma, ağır xoralı kolit, meqakolon, 18 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü.

DİGƏR DƏRMANLARLA QARŞILIQLI TƏSİRİ: Antimuskarin xassələrə malik olan digər dərmanlarla birlikdə müalicə terapevtik və əlavə təsirin daha aydın ifadə olunmasına səbəb ola bilər. Əksinə, muskarinəhəssas xolinergik reseptorların aqonistləri ilə eyni zamanda istifadə etdikdə tolderodinin müalicəvi effekti azala bilər. Tolterodin prokinetiklərin (metoklopramid) təsirini zəflədə bilər. CYP3А4-ün makrolid antibiotiklər(eritromisin, klaritromisin), antifunqal maddələr( ketokonazol, itrakonazol) kimi güclü inhibitorlar ilə birgə sistem müalicə tövsiyə edilmir, belə ki, CYP2D6 izofermentinin catışmazlığı olan pasientlərdə tolterodinin zərdab konsentrasiyasının yüksəlməsi nəticəsində doza həddinin aşılması riski movcüd olur. Tədqiqatlar zamanı varfarinlə və ya kombinəolunmuş oral kontraseptivlərlə heç bir qarılıqlı təsir aşkar edilməmişdir.

ƏLAVƏ TƏSİRLƏRİ:  Farmakoloji təsirlərinə görə zəif və orta dərəcəli antimuskarin effektlər (ağız quruluğu, dispepsiya, qəbzlik, qarında ağrılar, qözlərin quruması, başgicəllənmə,baş ağrısı) törədə bilər.

BURAXILIŞ FORMASI:

Üzərində xətti olan 10 tablet 2  blisterdə içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

İSTEHSALÇI: PHARCO PHARM. Misir.