DiqoKern

Tərkibi:

Diqoksin 0,25 mq

 

Farmakoterapevtik qrupu:

Ürək qlikozidləri və qeyri-qlikozid kardiotonik vasitə

 

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamika: Diqoksin kardiostimulyator, antiaritmik farmakoloji təsirlərə malikdir, müsbət inotrop, mənfi xrono- və dromotrop, müsbət batmotrop təsir göstərir. Kardiomiositlərin membranında Na+-K+-ATFaza fermentini inhibə edir, hüceyrədaxili natrium və kalsium ionlarının konsentrasiyasını yüksəldir. Ürəyin sistolik həcmini artırır, refraktor dövrü yüksəldir, atrioventrikulyar keçiriciliyi aşağı salır, ürək əzələsinin yığılma tezliyini aşağı salır, yüksək  damargenişləndirici təsirə malikdir, yumşaq sidikqovucu, ödem əleyhinə təsir göstərir, tənginəfəsliyi aradan qaldırır.

 

Farmakokinetika: Daxilə qəbul olunduqdan sonra yaxşı sorulur (65-80%). T1/2 =34-51 saat təşkil edir. Orqan və toxumalara bərabər paylanır. Bir hissəsi 12-barmaq bağırsaqdan ödlə xaric olur və reabsorbsiya olunur. Kumulyasiya etmək qabiliyyətinə malikdir (diqitoksinə nisbətən zəifdir). Plazma zülalları ilə 35-40% birləşir. Daha çox sidiklə ekskresiya olunur. Xroniki ürək çatışmazlığı olan xəstələrdə vazodilatasiya törədir, diurezi artırır. Daxilə qəbul olunduqda sonra kardiotonik effekt 1-2 saat sonra yaranır, 8 saat ərzində maksimuma çatır, v/d qəbul zamanı-20-30 dəq sonra. Qaraciyər və böyrək funksiyaları pozulmayan xəstələrdə təsir 2-7 gündən sonra dayanır. Diqoksinə qarşı miokardın həssaslığına plazmanın elektrolit tərkibi təsir göstərir (K+ və Mg+ aşağı qatılığı, Ca2+ və Na+ yüksək olması həssaslığı artırır).

 

İstifadəsinə göstərişlər:

  • Xroniki ürək çatışmazlığı (XÜÇ)-sistolik disfunksiya
  • Səyrici taxiaritmiya
  • Supraventrikulyar paroksizmal taxikardiya
  • Qulaqcıqların səyirməsi

 

Əks göstərişlər:

Yüksək həssaslıq, qlikozid intoksikasiyaları, VPV-sindrom, AV blokada II, III dərəcəli    

 

Əlavə təsirləri:

Baş ağrısı, başgicəllənmə, yuxunun pozulması, halsızlıq, yuxululuq, ürəkbulanma, qusma, anoreksiya, bradikardiya, AV blokada və s.

 

İstifadə qaydası və dozalanma:

Diqokernin dozası  hər bir xəstə üçün yaşından, bədən kütləsindən və böyrəklərin funksional vəziyyətindən asılı olaraq fərdi təyin olunur.

Sürətli diqitalizasiya (24-36 saat) zamanı: sutkalıq doza-0,75-1,25 mq-2-3 dəfə qəbula (hər 6-8 saatdan bir) bölünür. Daha sonra dəstəkləyici dozaya keçilir.

Ləng diqitalizasiya (5-7 sutka)-sutkalıq doza 0,125-0,5 q gündə 1 dəfə 5-7 gün təyin olunur. Daha sonra dəstəkləyici dozaya keçilir.

Dəstəkləyici doza: fərdi təyin olunur və uzunmüddət davam edir. Sutkalıq doza 0,125-0,75 mq təşkil edir.

Uşaqlar üçün dozalanma bədən çəkisinə görə təyin olunur.

 

Buraxılış forması: Həb №50

 

İstehsalçı: KernPharma, İspaniya