Tərkibi:
Pankreatin 170 mq
Proteaza-400 BV
Amilaza-5500 BV
Lipaza-6500 BV
Dimetikon 80 mq
Farmakoterapevtik qrupu:
Həzm fermenti
Farmakoloji təsiri:
Preparat mədəaltı vəzin xarici sekresiya funksiyasının çatışmazlığını kompensə edir.
Pankreatin tərkibində lipaza, α-amilaza, tripsin, ximotripsin və s. fermentləri saxlayır. Lipaza lipidləri yağ turşularına və qliserinə qədər parçalayır. Tripsin nazik bağırsaqda enterokinazaların təsirindən tripsinogendən əmələ gəlir və zülalların parşalanmasını təmin edir. Tripsin mədəaltı vəzin geriyə sekresiyasını inhibə edir. Amilaza polisaxaridləri monosaxaridlərə qədər parçalayır.
Pankreoflat preparatının tərkibindəki dimetikon köp əleyhinə təsir göstərir. Dimetikon-inert maddə hesab olunur. Onun təsir mexanizmi bağırsaqlarda qaz qabarcıqlarının səthi gərilməsinin dəyişməsinə əsaslanır. Qaz qabarcıqları partlayır və onlarda toplanmış qaz azad olur və sorulur, təbii yolla xaric olunur.
Göstəriş:
-Mədəaltı vəzin xarici sekretor funksiyaları pozğunluqları
(pankreatit, mədə axiliyası, mukovissidoz və s.)
-Qaraciyər və öd yollarının xroniki xəstəlikləri
-Mədə və nazik bağırsaqda cərrahi əməliyyatlardan sonra meteorizm, diareya ilə müşayiət olunan həzm pozğunluğu
-Sağlam insanlarda qeyri-rasional qidalanma zamanı yaranan həzm pozğunluğu
-Qarın boşluğu orqanlarının UZİ və rentgenoloji müayinəsinə hazırlıq
Preparat yemək zamanı qəbul olunur.
12 yaşdan yuxarı uşaqlar və böyüklər: 1 -2 tablet gündə 3 dəfə
Buraxılış forması: Tablet №25
İstehsalçı: Avstriya, Farmaselekt