Tərkibi: Hər 15 ml-də:
Kalsium fosfat- 600 mq
D3 vitamini (xolekalsiferol)-5mkq
Vitamin K2-37,5 mkq
Farmakoloji təsiri:
Strongum K kombinəolunmuş preparatdır, sümük toxumasının minerallaşmasını və sümük döyənəyinin formalaşmasını sürətləndirir.
Kalsium orqanizmin bütün birləşdirici toxuma sistemlərinin struktur materialı hesab olunur, sümük toxumasının yaranmasında və dişlərin minerallaşmasında iştirak edir. Qanın laxtalanma sisteminin funksional fəaliyyəti və sinir-əzələ liflərində impulsların ötürülməsi prosesinin təmin olunması üçün vacibdir. Əzələlərin, həmçinin ürək əzələsinin yığılması və relaksasiyasında iştirak edir.
D3 vitamini (xolekalsiferol) sümüklərin normal böyümə və inkişafını təmin edir. Maddələr mübadiləsində iştirak edir, bağırsaqlarda kalsium, fosfor və maqneziumun sorulmasını sürətləndirir. Qalxanabənzər vəzin funksiyasının təmin olunmasında və qanın laxtalanmasında vacib rol oynayır. Diş kariyeslərinin yaranmasının qarşısını alır və sınıqların sağalmasını sürətləndirir.
Vitamin K2 orqanizmdə Ca birləşməsində və metabolizmində iştirak edir.
İstifadəsinə göstərişlər:
Əks göstəriş:
Preparatın komponentlərinə qarşı fərdi həssaslıq, hiperkalsemiya, hipervitaminoz D3
Digər dərman preparatları ilə qarşılıqlı təsiri:
Xolekalsiferol və mineral tərkibli digər preparatlarla birgə istifadə etmək olmaz.
Bəzi epilepsiya əleyhinə dərmanlar (fenobarbital, karbamazepin, pirimidon, fenitoin) kalsium ehtiyacını artıra bilər.
Mis tərkibli preparatlar, siprofloksasin, norfloksasin, dəmir preparatları, penisillamin və tetrasiklin sink ilə qarşılıqlı təsirdə olduğundan eyni zamanda qəbul edilməməlidir.
Dozalanma və istifadə qaydası:
Preparat yeməkdən əvvəl qəbul olunur.
6-12 aylıq uşaqlar: ½ çay qaşığı gündə 2 dəfə
1-2 yaşlı uşaqlar: 1 çay qaşığı gündə 2 dəfə
3-12 yaşlı uşaqlar: 2 çay qaşığı gündə 2-3 dəfə
12 yaşdan yuxarı: 2 çay qaşığı gündə 3 dəfə
Qəbul etməzdən əvvəl flakonu çalxalayın.
Buraxılış forması:
Flakon 100 ml
İstehsalçı:
OFİ Bergamo/İtaliya