Tərkibi: 1 flakonda:
Bacillus Coagulans 1 mln.
Lactobacillus Acidophilus 1 mln.
Lactobacillus Rhamnosus 1 mln.
Vitamin B1 0,7 mq
Vitamin B2 0,7 mq
Vitamin B6 0,55 mq
Vitamin B12 1,25 mkq
Polidekstroza 2 q
Çobanyastığı ekstraktı (Matricaria chamomille)
Cirə ekstraktı (Pimpinella anisum)
Liflər
Farmakoterapevtik qrupu: Simbiotik
Farmakoloji xüsusiyyətləri: Stabiqut bağırsaqların normal mikroflorasını normallaşdırır. Stabiqutun tərkibindəki liofilizəolunmuş canlı süd turşuları bakteriyaları yenidoğulmuşlarda və uşaqlarda pozulmuş bağırsaq mikroflorasını tez zamanda bərpa edir.
Bu bakteriyalar orqanizmdə böyük əhəmiyyətə malik funksiyalar yerinə yetirir:
-laktozanın qıcqırması nəticəsində pH turşuluğa doğru dəyişir. Turş mühit patogen və şərti-patogen bakteriyaların inkişafını ləngidir, həzm fermentlərin optimal təsirini tənzimləyir.
-B qrup, K vitaminlərin, askorbin turşusunun sintezində iştirak edir.
-öd piqmentləri və öd turşularının metabolizmində iştirak edir
-antibakterial aktivliyə malik maddələr sintez edir
-orqanizmin immun reaktivliyini artırır.
Stabiqutun tərkibindəki B qrup vitaminləri disbakterioz zamanı yaranmış hipovitaminozu aradan qaldırır.
Çobanyastığı və Cirə ekstraktı meteorizm, spazmı aradan qaldırır, həzmi yaxşılaşdırır.
Liflər və polidekstroza prebiotik olub, laktobakteriyaların çoxalmasına şərait yaradır.
İstifadəsinə göstərişlər:
Müxtəlif mənşəli disbakterioz:
Kəskin bağırsaq infeksiyaları
Qurd invaziyaları
Immunodefisit hallar
Allergik xəstəliklərin kompleks müalicəsi
İstifadə qaydası və dozalanması:
İstifadədən əvvəl flakonun qapağını buraraq toz flakona əlavə olunur və çalxalanır. Preparat yeməkdən 1 saat əvvəl gündə 1 dəfə daxilə qəbul olunur.
Buraxılış forması:
Flakon №8
İstehsalçı:
OFİ Bergamo/İtaliya