TƏRKİBİ:
Gülümbahar çiçəyinin duru ekstraktı, İsland mamırının duru ekstraktı, propolisin 12% titrlənmiş duru ekstraktı, Gənəgərçək yağı, bal, nanənin efir yağları, Kəklikotunun efir yağları, Evkalipt efir yağı, Ezvayın(Aloye) 200:1 quru ekstraktı.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Gülümbahar çiçəyi – güclü iltihab əleyhinə, yarasağaldıcı və antiseptik təsirlərə malikdir.
İsland mamırı - iltihab əleyhinə və virus əleyhinə təsirlərə malik olduğundan, yuxarı tənəffüs yollarının infeksiyaları zamanı müsbət təsir göstərir.
Propolis - antibakterial, dezinfeksiyaedici, yerli analgetik, antioksidant və immunostimulyator təsirlərə malikdir.
Gənəgərçək yağı - antibakterial, nəmləndirici və yarasağaldıcı xüsusiyyətlərə malik olduğundan hüceyrələrdə olan qan dövranını və mübadilə prosesslərini yaxşılaşdırır, bakterisid və iltihab əleyhinə təsir göstərir.
Bal - yumşaldıcı, antiseptik və immunostimulyator təsir gostərir.
Nanə - Fitonsidlərlə zəngin olduğundan antiseptik, mikrob- və iltihab əleyhinə təsirlərə malikdir. Boğaz qurumasının qarşısını alır, ağız iyini aradan qaldırır.
Kəklikotu - sakitləşdirici, dezinfeksiyaedici, büzücü və bəlgəmgətirici təsirlərə malikdir. Öskürək ilə müşahidə olunan boğaz ağrılarında xüsusilə effektlidir.
Evkalipt efir yağı - tənəffüs yollarının yuxarı hissələrində selik ifrazını azaldır və tənəffüsü yüngülləşdirir.
Ezvay(Aloye) - güclü yarasağaldıcı, immunitet stimullaşdırıcı, mikrob və iltihab əleyhinə təsirlərə malikdir.
GÖSTƏRİŞLƏRİ:
Yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərinin müalicə və profilaktikası
Orofaringeal infeksiyalar: stomatit, gingivit, parodontoz, qlossit, faringit
LOR orqanlarının infeksiyaları: angina, tonzillit, laringit
KRVİ-nın (kəskin respirator virus infeksiyası) kompleks müalicəsi
Ağız boşluğunda aparılan cərrahi əməliyyatlardan sonra
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın hər hansı bir komponentinə qarşı hiperhəssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Nadir hallarda yerli reaksiya müşahidə oluna bilər.
İSTİFADƏ QAYDASI VƏ DOZALANMA: Bilavasitə selikli qişaya istifadə olunur.
|
Yaş |
Dozalanma |
|
1 - 3 yaş |
1 püskürtmə x 2 dəfə |
|
3 - 6 yaş |
1-2 püskürtmə x 2- 3 dəfə |
|
6 - 12 yaş |
2 püskürtmə x 3 dəfə |
|
12 yaş və böyüklərdə |
2 püskürtmə x 3- 4 dəfə |
BURAXILIŞ FORMASI: Flakon 30 ml №1
İSTEHSALÇI: İtaliya