Tərkibi: Flukonazol 150 mq
Farmakoterapevtik qrupu: Göbələk əleyhinə vasitə
Farmakoloji xüsusiyyətləri:
Farmakodinamika: Fluores -triazol törəmələri qrupundan olan göbələk əleyhinə preparatdır. Göbələklərin hüceyrə membranlarında sitoxrom P450-dənasılı fermentləri blokada edir və yüksək selektivliyə malik olub, sterolların sintezini inhibə edir. Antiandrogen aktivliyə malik deyil. Flukonazol Candida spp., Cryptococcus neoformans, Epidermophyton spp., Microsporum spp., Trichophyton spp. növ göbələklərinin, həmçinin Blastomyces dermatitidis, Coccidioides immitis və Histoplasma capsulatum törədicilərinin törətdiyi infeksiyalar zamanı effektlidir.
Farmakokinetikası: Daxilə qəbul olunduqda flukonazol yaxşı sorulur, onun biomənimsənilməsi 90%-dir. Acqarına qəbuldan sonra Cmax 0,5-1,5 saata çatır. 90% tarazlıq qatılığının səviyyəsi (sutkada 1 dəfə) müalicənin 4-5-ci günündə çatır. “Zərbə” dozasının qəbulu zamanı (sutkada 2 dəfə) 2-ci günündə müşahidə olunur. Plazma zülalları ilə 11-12% birləşir. Flukonazol orqanizmin bütün bioloji mayelərinə yaxşı nüfuz edir. Aktiv maddənin qatılığı ana südündə, oynaq mayesində, tüpürcək, bəlğəm və peritoneal mayelərdə plazmaya analojidir. Daxilə qəbuldan sonra 8 saatdan sonra vaginal mayesində toplanır və 24 saat saxlanılır. Flukonazol onurğa beyni mayesinə yaxşı keçir, göbələk mənşəli meningitdə qatılıq 80%-ə çatır. Tər mayesində, epidermis və bunuz qişanın qatında (selektiv toplanma) zərdabdan yüksək qatılıqda toplanır. Qaraciyərdə CYP2C9 izofermenti inhibə edir. Periferik qanda flukonazolun metabolitləri aşkarlanmamışdır. Əsasən böyrəklərlə xaric olur (80%-dəyişilməmiş şəkildə, 11%-metabolitlər şəklində). T1/2=30 saat. Flukonazolun klirensi kreatin klirensi ilə mütənasibdir. Hemodializdən 3 saat sonra plazmada qatılığı 50% düşür.
İstifadəsinə göstərişlər:
Əks göstəriş:
Flukonazola (və ya digər azol birləşmələrinə) qarşı yüksək həssaslıq, 4 yaşa qədər uşaqlar, laktasiya dövrü
İstifadə qaydası və dozalanması:
Preparat xəstəliyin xarakterindən asılı olaraq fərdi dozada daxilə qəbul olunur.
|
Göstəriş |
Sutkalıq doza və müalicə kursu |
|
I gün 400 mq, sonrakı günlər 200 mq gündə 1 dəfə, 6-8 həftə |
|
150 mq gündə 1 dəfə, 7-14 gün |
|
50 mq gündə 1 dəfə, 14 gün |
|
150 mq gündə 1 dəfə, 14-30 gün |
|
150 mq gündə 1 dəfə, 7-14 gün |
|
150 mq ayda 1 dəfə, 4-12 ay |
|
150 mq gündə 1 dəfə |
|
50-400 mq gündə 1 dəfə |
|
150 mq həftədə 1 dəfə, 2-4 həftə |
Buraxılış forması: Kapsul 150 mq №2
İstehsalçı: Rompharm, Rumıniya