Tərkibi: hər 1 ml-də:
Ketorolak 30 mq
Farmakoterapevtik qrupu: QSİƏP
Trolac ağrıkəsici, qızdırmasalıcı, iltihab əleyhinə təsir göstərir.
Farmakodinamika: Ağrıkəsici təsir mexanizmi SOQ-1 və SOQ-2 aktivliyini qeyri-selektiv inhibə edərək, ağrı, iltihab və qızdırmanın patogenezində əsas rol oynayan və araxidon turşusundan əmələ gələn PQ sintezini tormozlayır. Ağrıkəsici effektinə görə morfinlə eynidir, digər QSİƏ preparatları qabaqlayır. Ə/d istifadədən sonra ağrıkəsici təsir 0,5 saatdan sonra qeyd olunur, maksimal effekt 1-2 saatdan sonra əldə olunur.
Farmakokinetika: Ə/d yeridildikdə absorbsiya tez və tamdır. Tmax-15-73 dəq təşkil edir. Plazma zülalları ilə 99% birləşir. Vd-0,15-0,3 l/kq. Böyrək çatışmazlığı zamanı V/d 2 dəfə arta bilər. Ana südünə keçir. Qəbul olunan dozanın 50%-i qaraciyərdə metabolizmə uğrayır və farmakoloji baxımından qeyri-aktiv metabolitlər əmələ gəlir. Əsas metabolit qlükuronidlərdir, 91% böyrəklərlə, 6% bağırsaqlarla xaric olur.
Sağlam insanlarda T1/2 5 saat təşkil edir. Yaşlı insanlarda T1/2 artır. Qaraciyər funksiyaları T1/2 təsir göstərmir. Böyrək funksiyaları pozulmuş xəstələrdə plazma kreatinin miqdarı 19-50 mq/l olduqda T1/2 10 saata qədər artır, ağır hallarda 13 saat təşkil edir.
İstifadəsinə göstərişlər:
Kəskin ağrı sindromu:
İstifadə qaydası və dozası:
|
|
Birdəfəlik doza |
Sutkalıq doza |
|
16-64 yaş 50 kq-dan çox olan xəstələr |
60 mq (hər 6 saatdan bir 30 mq) |
90 mq |
|
16-64 yaş 50 kq-dan az və xroniki böyrək çatışmazlığı olan xəstələr |
30 mq |
60 mq |
Müalicə müddəti 5 gündən artıq olmamalıdır.
Buraxılış forması: Ampul 1 ml №5
İstehsalçı: Rompharm, Rumıniya