Tərkibi: 1 ml-də:
Latanoprost 50 mkq
Farmakoterapevtik qrupu:
Prostoqlandinlərin antoqonisti, qlaukoma əleyhinə oftalmoloji vasitə
Farmakoloji xüsusiyyətləri:
Akitor qlaukoma əleyhinə təsir göstərir. Latanoprost PQF2α analoqu olub, prostanoid FP-reseptorlarının selektiv aqonisti hesab olunur. Uveoskleral maye axınını sürətləndirərək gözdaxili təzyiqin aşağı düşməsinə səbəb olur. Melanositlərdə melanosomların (piqment qranulu) miqdarının artması hesabına qüzehli qişada qəhvəyi piqmentin miqdarı yüksəlir və gözün rəngi tədricən dəyişə bilər.
Latanoprost instilyasiya zamanı buynuz qişadan sorulur, burada izopropil efir (prodərman) buynuz qişanın esterazaları tərəfindən bioloji aktivliyə malik turşulara qədər hidroliz olunur. İstifadədən 2 saat sonra gözdaxili mayedə maksimal qatılıqda toplanır. T½=17 dəq. təşkil edir. Metabolitləri əsasən böyrəklərlə (88-98%) eliminasiya olunur.
İstifadəsinə göstərişlər:
ü Sadə ilkin açıqbucaqlı qlaukoma
ü Eksfoliativ açıqbucaqlı qlaukoma
ü Piqment qlaukoması
ü Normal gözdaxili təzyiqlə olan açıqbucaqlı qlaukoma
Əks göstərişlər:
Hiperhəssaslıq
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik zamanı ehtiyatla istifadə olunmalıdır.
Əlavə təsirləri:
Kipriklərin dəyişməsi (uzanması, qalınlaşır, piqmentasiya və kipriklərin sayı), göz qapaqlarının dərisinin tündləşməsi, qüzehli qişanın piqmentasiyasının dəyişməsi və s.
İstifadə qaydası və dozalanma:
Akitor zədələnmiş gözə 1 damcı (1,5 mkq) gündə 1 dəfə yerli olaraq axşam vaxtı təyin olunur.
Buraxılış forması:
Flakon 2,5 ml №1 göz damcısı
İstehsalçı:
Pharmaselect, Avstriya