Tərkibi: 1 ml-də:
Tetrizolin 0,5 mq
Farmakoterapevtik qrupu:
Alfa-adrenomimetik
Farmakoloji xüsusiyyətləri:
Laynet damardaraldıcı, antikongestiv təsirlərə malikdir. Alfa-reseptorlarını oyadır, göz damcısı şəklində yerli istifadə zamanı konyuktivanın ödemini, yanğı hissi, qıcıqlanma, səpgi, gözün selikli qişasının ağrı hissini, göz yaşı axıntısını azaldır.
Burun yollarının kiçik arteriollarının daralmasına səbəb olur. Burnun selikli qişasının ödemini aradan qaldırır. Sekresiyanı zəiflədir.
Yerli istifadə zamanı demək olar ki, sorulmur. Təsiri bir neçə dəqiqədən sonra başlayır və 4-8 saat davam edir.
İstifadəsinə göstərişlər:
Oftalmoloji:
LOR:
Əks göstərişlər:
Hiperhəssaslıq, gözün ağır xəstəlikləri (qlaukoma, “quru göz” sindromu, buynuz qişanın distrofiyası),
2 yaşa qədər uşaqlar
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik zamanı ehtiyatla istifadə olunmalıdır.
Əlavə təsirləri:
Bəbəyin genişlənməsi, gözdaxili təzyiqin yüksəlməsi, yanğı hissi və gözün reaktiv hiperemiyası
İstifadə qaydası və dozalanma:
Laynet hər dəfə aşağı konyuktival kisəyə 1-2 damcı sutkada 2-3 dəfə təyin olunur. Okulistin məsləhəti olmadan 4 gündən artıq istifadə etmək olmaz. 48 saat ərzində təsir göstərmirsə, müalicəni dayandırmaq lazımdır.
İntranazal:
6 yaşdan yuxarı uşaqlar və böyüklər: 4-5damcı
2-6 yaş: 2-3 damcı hər 3 saatdan bir. 3-5 gündən artıq istifadə etmək olmaz.
Buraxılış forması: Flakon 15 ml №1 göz damcısı
İstehsalçı: Rompharm, Rumıniya