Tərkibi: 1 ml-də:
Diklofenak 1 mq
Farmakoterapevtik qrupu: QSİƏ preparatlar
Farmakoloji xüsusiyyətləri:
Farmakodinamikası:
Diklof iltihab əleyhinə, analgetik və qızdırmasalıcı təsirlərə malikdir. Təsir mexanizmi siklooksigenaza-1 və 2-ni qeyri-seçici inhibə edərək, iltihab ocağında prostoqlandinlərin sintezini tormozlanmasına əsaslanır. Diklof 0,1% göz damcısı şəklində istifadə edildikdə, infeksiya, travma və cərrahi müdaxilələrdən sonra yaranan gözün iltihabi reaksiyalarını zəiflədir; cərrahi əməliyyatlar zamanı miozu azaldır, ön kamera mayesində prostoqlandinlərin sintezini zəiflədir.
Farmakokinetikası:
Diklof büllur qişa istisna olmaqla, gözün müxtəlif toxumalarına yaxşı keçir, Cmax 30 dəq. ərzində çatır, daha çox ön kamera mayesində toplanır.
İstifadəsinə göstərişlər:
Əks göstərişlər:
Preparatın komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq, asetilsalisil turşusu və ya digər QSİƏ preparatlara qarşı həssaslıq, qeyri-müəyyən mənşəli qanyaranmanın pozulması, MBT-da eroziv-xora proseslərinin kəskinləşmə dövrü
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik zamanı ehtiyatla istifadə olunmalıdır.
Əlavə təsirləri:
Gözdə yanğı hiisi, hiperemiya, ödem, gözdə qızartı, buynuz qişanın tündləşməsi və s.
İstifadə qaydası və dozalanma:
Yerli: cərrahi əməliyyatdan əvvəl miozu inhibə etmək məqsədilə preparat konyuktival kisəyə 2 saat ərzində hər 30 dəq-dən bir (4 dəfə)
Makulanın kistoz ödeminin profilaktikası zamanı preparat cərrahi əməliyyatdan sonra 1 damcı gündə 3-4 dəfə 2 həftə ərzində istifadə olunur.
Digər hallarda: xəstənin vəziyyətindən asılı olaraq 1 damcı gündə 3-4 dəfə istifadə olunur. Kurs müalicə 1-2 həftə davam edə bilər.
Buraxılış forması: Flakon 5 ml №1 göz damcısı
İstehsalçı: Rompharm, Rumıniya