Tərkibi:
Azapentasen polisulfonat natrium 0,015%
Farmakoterapevtik qrupu:
Katarakta əleyhinə oftalmoloji vasitə
Farmakoloji təsiri:
Azap gözün ön kamerasının sulu-nəmli mühitində yerləşən proteolitik fermentl.əri stimulə edir; xinoid birləşmələr və onların büllur qişanın zülallarına təsirini inhibə edir. Büllur qişanın züllalarının sulfhidril qruplarının oksidləşməsinin qarşısını alır və qeyri-şəffaf komplekslərin sorulmasını təmin edir
İstifadəsinə göstərişlər:
Katarakta: ilkin, anadangəlmə, travmatik, ikincili
Əks göstəriş:
Hiperhəssaslıq
Əlavə təsirlər:
Allergik reaksiyalar-göz qapağı ətrafında yanğı və səpgi
İstifadə qaydası və dozalanması:
Zədələnmiş gözə 2 damcı gündə 3-5 dəfə konyuktival kisəyə instillyasiya olunur. Uzunmüddətli istifadəsi nəzərdə tutulur.
Buraxılış forması:
Flakon 15 ml
İstehsalçı:
Rumıniya, Rompharma